Millət vəkili Uolles NATO-nu ABŞ-ın xidmətində olan terror təşkilatı adlandırıb- ÖZƏL
10 İyul 2024 15:13 Dünyaİrlandiyalı deputat Mik Uolles Şimali Atlantika Alyansı ilə bağlı fikirlərini bildirib. Onun fikrincə, bu təşkilatı terrorçu adlandırmaq olar.
Olaylar.az xəbər verir ki, Uolles bu haqda "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb:
"NATO günahsız insanların qanına boyanmış, ABŞ imperiyasının və hərbi-sənaye kompleksinin maraqlarına xidmət edən terror təşkilatıdır".
Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov alyansın aqressiv xarakter daşıdığını bildirmişdi. O, bu fikrini NATO sammitinin ilk günündə sülhlə bağlı bir kəlmə də deyilməməsi ilə izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31