“Şuşa Bəyannaməsi” TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər- ÖZƏL
10 İyul 2024 14:59 Dünya"TDT-nın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə mühüm sənəd - Qarabağ Bəyannaməsi imzalanıb. Sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olmuş Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib: "Tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayıblar.
Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Bu müddəa olduqca vacib məqamlardan xəbər verir. Hazırki dövrdə TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi-müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan "Şuşa Bəyannaməsi" yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq, müdafiə sahəsində tərəfdaşlıq doktrinası rolunda çıxış edə bilər".
Alim Hüseynli
Olaylar.az