Almaniya da Gürcüstanla tərəfdaşlığı dayandırdı
10 İyul 2024 15:06 DünyaAlmaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını istəyir, lakin bunun üçün Gürcüstan standartlara cavab verməlidir.
Olaylar bildirir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.
O, üzvlük prosesinin məhz Gürcüstan hökumətinin kursuna görə dayandırıldığını qeyd edib. Səfir Almaniyanın Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmədiyini, alman ordusunun Gürcüstanla tərəfdaşlıqda iştirakını dayandırdığını əlavə edib.
Qeyd edib ki, Berlin Gürcüstanla bağlı digər addımları nəzərdən keçirir.
Piter Fişer Almaniyanın buna qədər ABŞ ilə birlikdə Gürcüstanın ən yaxşı müdafiə tərəfdaşı olduğunu deyib.
"Biz vəziyyəti izləyirik və müvafiq qərar qəbul edəcəyik", - Fişer bildirib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31