Türkiyədə yüzlərlə insan sudan zəhərləndi
10 İyul 2024 14:36 DünyaTürkiyənin Hatay vilayətində 236 nəfər qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanaya müraciət edib.
Olaylar.az medicina.az-a istinadən xəbər verir ki, Arsuz rayonunun 3 məhəlləsindən - Tatarlı, Işıklı ve Konacıkdan olan həmin şəxslərin sudan zəhərləndikləri ehtimal edilir.
Belə ki, ötən gün onların dağdan çıxan suyu içdikləri məlum olub.
Müalicəsi başa çatan şəxslər evə buraxılıblar, 4 nəfərin (iki hamilə qadın və iki uşaq) isə Arsuz Dövlət Xəstəxanasında müalicəsi davam etdirilir.
Səlahiyyətlilərin tapşırığına əsasən, artıq həmin sudan nümunələr götürülüb. İnsanları nəyin xəstəxanalıq etdiyini tapmaq üçün araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31