Xamenei Təbrizə yeni imam təyin etdi
10 İyul 2024 14:30 Dünyaİranın ali lideri Əli Xamenei Şeyx Əhməd Mötəhəri Əsli Şərqi Azərbaycan üzrə nümayəndə və Təbrizin imam cüməsi təyin edib.
Olaylar xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilir ki, Xamenei bununla bağlı qərar imzalayıb.
Xatırladaq ki, bundan əvvəl Təbrizin imamı Məhəmməd Əli Haşemi olub. O, mayın 19-da İranda ölkənin sabiq Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurlarla birgə helikopter qəzasında həlak olub. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31