Anti-İsrail və anti-sionizm mesajlarına qarşı META-dan qorunma qalxanı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Mark Zukerberqin qurucusu və baş direktoru olduğu Facebook-un şirkəti olan META anti-İsrail və anti-sionist mesajlara qarşı qoruyucu qalxan hazırlayıb. Qeyd olunub ki, mübahisəli qərar 145-dən çox hüquqşünas, tarixçi və hüquq müdafiəçisinin rəyi əsasında qəbul edilib.
"Facebook", "Instagram" və "WhatsApp"ın baş şirkəti olan META İsraillə bağlı nifrət nitqi siyasətində yenilik edib və "sionist" ifadəsini işlədən məzmunu silməmək qərarına gəlib.
META gələn çərşənbə axşamından etibarən "sionizm" və "dünyanı idarə etmək və ya mediaya nəzarət etmək iddiaları" olan mesajları siləcək. İsrail qrupları tərəfindən müsbət qarşılanan qərara əsasən, Meta-nın Facebook, Instagram və Threads kimi platformalarında bu termindən istifadə edən məzmunu silmək planları hazırlanıb. Bildirilib ki, qərar dünyanın müxtəlif ölkələrindən 145-dən çox tarixçi, hüquqşünas və hüquq müdafiəçisinin rəyi əsasında qəbul edilib. Qərarın Qəzzadakı müharibə zamanı sosial medianın hazırda necə istifadə edildiyi ilə bağlı araşdırmadan sonra qəbul edilməsi diqqət çəkir. Novara Mediaya danışan antisemitizm üzrə ekspert Brendan MakGiver elanı "problemli" hesab etdiyini bildirib. Brendan MakQiver qeyd edib ki, bu qərar əsl antisemitizmlə mübarizəni pozacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31