Donuz böyrəyi olan ikinci xəstə transplantasiyadan sonra 47-ci gündə öldü- ÖZƏL

ABŞ-da 54 yaşlı Nyu-Cersi sakini Liza Pisano geni dəyişdirilmiş donuz böyrəyinin ikinci alıcısı olub. 

Olaylar.az xəbər verir ki, "The Independent" bu barədə Nyu-York Universitetinin Lanqon Tibb Mərkəzinin həkimlərinə istinadən yazır.

Transplantasiya əməliyyatı aprelin 12-də baş tutub. Böyrək işləməyə başlayıb, lakin sonra qan dövranı çatışmazlığı səbəbindən orqan daha pis işləməyə başlayıb. 

Həkimlər immunosupressiv terapiyanın davam etdirilməsinin məqsədəuyğun olmadığını hesab edib və 47 gündən sonra transplantasiya olunmuş böyrəyi çıxararaq xəstəni yenidən dializə qoyublar. Qadının vəziyyəti pisləşməkdə davam edib və o, iyulun 7-də hospisdə dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31