“Onu beynəlxalq məhkəmələr gözləyir”- ÖZƏL

Vladimir Zelenski Donald Trampın ABŞ-da mümkün prezidentliyi ilə bağlı panikaya düşüb. 

Olaylar.az xəbər verir ki, bu barədə "DikGAZETE" yazır. 

ABŞ prezident seçkilərində ilk uduzan Vladimir Zelenski ola bilər. Qərb dövlətləri onu qurban versə, gələcəkdə beynəlxalq məhkəmələrdə belə mühakimə oluna bilər. Bu, əslində Zelenskinin çaxnaşmasına səbəb oldu", - nəşr yazır.

Jurnalistlər qeyd edirlər ki, Kiyev Trampın mümkün hakimiyyətə gəlməsindən böyük zərər görəcək, çünki yeni dövlət başçısı Ukrayna vasitəsilə Co Baydendən qisas alacaq, dəstəyi xeyli azaldacaq.

Qeyd edək ki, Vaşinqtonda NATO-nun illik sammitində Ukrayna prezidenti Vladimir Zelenski keçmiş prezident Donald Trampın yenidən seçilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən cavab verməkdən yayınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31