Putinin necə düşündüyünü anlamağa çalışaq - Podolyak
10 İyul 2024 10:32 DünyaRusiya danışıqlar masası arxasına əyləşəndə bu, o demək olacaq ki, o, müharibəni uduzmayıb və heç bir məsuliyyət daşımayacaq.
Olaylar xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak vurğulayıb ki, xəstəxanaya və mülki əhaliyə hücum Rusiya tərəfindən tamamilə düşünülüb və aydın şəkildə planlaşdırılıb:
"Putinin necə düşündüyünü anlayaq. O, Ukrayna ərazisində çoxlu sayda soyqırım hücumları həyata keçirir".
Onun sözlərinə görə, Rusiya heç bir beynəlxalq konvensiyaya hörmət etmir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31