Hindistanda avtobus qəzası: 18 nəfər öldü
10 İyul 2024 10:27 DünyaHindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında azı 18 nəfər həlak olub.
Olaylar xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd daşıyan maşına çırpılıb.
Ümumilikdə avtobusda 50 nəfər olub. Xəsarət alan 19 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.
İlkin araşdırmalar avtobusun yüksək sürətlə hərəkət etdiyini göstərir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31