Vladimir Putin Hindistanın baş naziri Modini Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib- ÖZƏL
9 İyul 2024 14:51 DünyaRusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.
Olaylar.az xəbər verir ki, Kremldəki danışıqlarda Rusiya dövlətinin başçısı Modini görüşdə görməkdən şad olacağını qeyd edib.
"Biz sizi bu payızda BRİKS sammitində Kazanda görməyə şad olarıq", - Putin deyib.
2024-cü il iyulun 8-də Moskvaya rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi sosial şəbəkədəki səhifəsində rus dilində yazdığı yazı dərc edib. O, Rusiya və Hindistan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsini səbirsizliklə gözlədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31