İsveçrə hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib- ÖZƏL
9 İyul 2024 14:46 Dünyaİsveçrə hakimiyyəti "qara siyahı"da olan 69 fiziki və 47 hüquqi şəxs də daxil olmaqla, Rusiyaya qarşı sanksiya məhdudiyyətlərini genişləndirib.
Olaylar.az xəbər verir ki, bu barədə konfederasiyanın federal hökumətinin saytında məlumat verilib.
"Yeni sanksiyalar əsasən iş adamlarına, hərbi qulluqçulara və hakimlərə, ukraynalı uşaqların deportasiyasında məsul olanlara və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına qarşı yönəlib", - deyə məlumatda bildirilir.
Rusiya hərbi-sənaye kompleksinin (MİK) şirkətləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
Bundan əlavə, "RİA Novosti" agentliyinin, "İzvestiya", "Rossiyskaya qazeta"nın və Praqada yerləşən "Avropanın səsi" portalının reklamına qadağa qoyulub, lakin onlar yayım fəaliyyətini özləri məhdudlaşdırmayıblar.
Xatırladaq ki, 2024-cü il iyunun 24-də Avropa İttifaqı 14-cü anti-Rusiya sanksiyalar paketinin tətbiqini elan edib. Yenilənmiş "qara siyahı"ya Rusiyada daha 116 fiziki və hüquqi şəxs daxildir.