ABŞ Cənubi Qafqazda çevriliş edəcək: oktyabrda… - Rusiya
9 İyul 2024 14:50 DünyaABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə əsasən hakimiyyət dəyişikliyi həyata keçirmək əzmindədir.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatında bildirilib.
Hesabatda deyilib ki, Prezident Salome Zurabişvili Gürcüstanda hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynaya bilər.
Ehtimal olunur ki, amerikalı kuratorlar artıq Gürcüstan müxalifətinə parlament seçkilərində etiraz aksiyaları planlaşdırmağı tapşırıblar. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31