Çin Ukrayna münaqişəsində Qərbin taktikasını açıqlayır- ÖZƏL
9 İyul 2024 14:34 DünyaQərb ölkələri Çini Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə qarışmamaqda ittiham etməyə cəhdlər edir və bununla da sülh yolu ilə həllin tapılması məsuliyyətini Pekinə həvalə edirlər.
Olaylar.az xəbər verir ki, bu, "China Daily"nin gəldiyi nəticədir.
Məqalədə NATO-nun şərqə doğru genişlənməsi misal olaraq Qərbin Rusiyaya qarşı "uzun müddətdir ki, nifrət etməsinə" işarə edilir. Bu, nəşrin müəlliflərinin fikrincə, münaqişəni qızışdırır.
"Buna görə də Çini həll yolu tapmaq üçün problemə müdaxilə etməməkdə ittiham etmək təxribatçı bir taktikadır",-materialda deyilir.
Nəşr əlavə edir ki, ABŞ Rusiya və Ukrayna arasında hərbi qarşıdurmadan faydalanır, çünki Vaşinqtonun vəzifəsi Moskvanı zəiflətməkdir. Nəşr qeyd edir ki, ABŞ-ın hərəkətləri ucbatından Kiyev siyasətçiləri "piyada"ya çevrilib və Ağ Ev onlardan öz maraqları üçün istifadə edir.
Macarıstanın baş naziri Viktor Orban bu yaxınlarda bildirib ki, ABŞ, Çin və Avropa İttifaqı Ukrayna münaqişəsinin sona çatmasında həlledici təsirə malikdir, lakin onu həll etmək qarşı tərəfin öhdəsindədir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ilə silahlı qarşıdurma Ukrayna xalqının maraqlarına uyğun deyil və yalnız Qərbə və hakimiyyətdən bütün gücü ilə yapışan cinayətkar Kiyev rejiminə lazımdır. Diplomat qeyd edib ki, Ukraynanı hərbi əməliyyatları davam etdirməyə sövq edən Qərbdir, Kiyevin tərəfdaşları isə münaqişənin sülh yolu ilə həllinə mane olur.