Yaponiya və NATO məxfi məlumatların ötürülməsi üçün kanallar yaradacaq- ÖZƏL

Yaponiya və NATO məxfi məlumat mübadiləsi üçün xüsusi rabitə xəttinin yaradılması ilə bağlı yekun razılıq əldə ediblər. 

Olaylar.az xəbər verir ki, bunun təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün lazım olduğu vurğulanır.

Şimali Atlantika Alyansı ölkələri təhlükəsiz şəbəkə vasitəsilə öz aralarında gizli məlumat mübadiləsi aparırlar. Ötən il Yaponiya NATO ilə 16 sahədə əməkdaşlığa başlayıb. Məlumat mübadiləsi kibertəhlükəsizlik və kosmik texnologiyaya aid olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31