Nyu-Yorkun ən böyük körpülərindən biri istilər səbəbindən sıradan çıxıb- ÖZƏL
9 İyul 2024 11:55 DünyaABŞ-da həddindən artıq istilər ən böyük körpülərdən birinin uçmasına səbəb olub. Hadisə dünən-8 iyulda baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb.
Nəşrin vurğuladığı kimi, Nyu-Yorkda Manhetteni və Bronksu birləşdirən körpü istilər səbəbindən zədələnib. Yüksək hava temperaturu və yandırıcı günəş metal avadanlıqların həddindən artıq istiləşməsinə və şişməsinə səbəb oldu. Nəticədə 2800 fut uzunluğunda olan körpü (təxminən 853 metr - redaktorun qeydi) nəqliyyatın hərəkəti üçün yararsız hala düşüb.
Qalonlarla su ilə vəziyyəti xilas etməyə çalışıblar. Yanğınsöndürənlər onu birbaşa helikopterdən körpünün üzərinə tökərək metalı soyutmağa çalışıb. Lakin texnika yalnız axşam saatlarında soyumağa müvəffəq olub. Sonra Üçüncü Avenyu Körpüsü fəaliyyətini bərpa edib.