İndoneziyada bir qadın piton tərəfindən tamamilə udulub- ÖZƏL

İndoneziyada 36 yaşlı qadının cəsədi pitonun qarnında tapılıb. Piton onu bütövlükdə udub. Fövqəladə hadisə ötən həftə baş verib. 

Olaylar.az xəbər verir ki, bu haqda CBSnews məlumat yayıb. 

Yerli polisin məlumatına görə, bu, Cənubi Sulavesi əyalətində bir ay ərzində baş verən ikinci belə haldır.

36 yaşlı qadın çərşənbə axşamı səhər xəstə övladına dərman almaq üçün evindən çıxdıqdan sonra itkin düşüb. Qadın itkin düşəndən sonra yaxınları onu axtarmağa başlayıb. 

Onun əri evlərinin təxminən 500 metrliyində arvadının başmaq və şalvarını yerdə tapıb. Yoldan təxminən on metr aralıda hələ də sağ olan bir ilan gördü.

O, pitonun "çox böyük" qarnını görəndən sonra şübhələnib və kənd sakinlərini ilanın qarnını açmağa kömək etməyə çağırıb. Beləliklə qadının meyitini tapıblar.

Bundan əvvəl də İndoneziyanın mərkəzində beş metrlik torlu piton 45 yaşlı qadını paltarı ilə birlikdə udub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31