ABŞ Dövlət Departamenti Modinin Rusiyaya səfəri ilə bağlı Hindistana müraciət edib- ÖZƏL

Nyu-Dehli Moskva ilə əlaqə saxlayarkən Ukraynanın "suverenliyinə" hörmət edilməsinin zəruriliyini " aydın şəkildə göstərməlidir. 

Olaylar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərini şərh edərək deyib. 

"Biz, hər hansı digər ölkə kimi Hindistanı Rusiya ilə təmaslar zamanı Ukraynadakı münaqişənin həllinin BMT Nizamnaməsinə və Ukraynanın ərazi bütövlüyünə uyğun olaraq həyata keçirilməli olduğunu açıq şəkildə göstərməyə çağırırıq", - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Miller Hindistanı Vaşinqtonun Yeni Dehli və Moskva arasındakı münasibətlərlə bağlı "narahatlığı" da daxil olmaq üzrə "açıq" bir dialoqun olduğu ABŞ üçün strateji tərəfdaş adlandırdı. 

Daha əvvəl "Business Insider" yazıb ki, Hindistanın baş nazirinin Moskvaya rəsmi səfəri onu deməyə əsas verir ki, Nyu Dehli Vaşinqtonun qəzəbini oyatmaqdan qorxmur. Həmçinin qeyd olunub ki, belə bir səfər iki ölkə arasında möhkəm əlaqələrdən xəbər verir.

Xatırladaq ki, ötən bazar ertəsi, iyulun 8-də Moskvaya gələn Narendra Modi sosial şəbəkədəki səhifəsində rus dilində yazdığı yazı dərc etmişdi. Hindistan hökumətinin başçısı orada Rusiya və Hindistan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsini səbirsizliklə gözlədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31