Volqoqrad və Həştərxan hava limanlarında uçuş və enişlər məhdudlaşdırılıb- ÖZƏL

Volqoqrad və Həştərxan hava limanlarında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu ilə əlaqədar təyyarələrin qalxması və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hər iki hava limanı Moskva vaxtı ilə saat 03:55-dən etibarən müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir. 

Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi bildirir. 

Agentlikdən bildirilən məlumata görə, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31