İranda polis bölməsinə hücum: ölənlər var
8 İyul 2024 13:52 Dünyaİyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.
Olaylar bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Etnik bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.
Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31