Kiyevdə partlayışlar baş verib
8 İyul 2024 12:43 DünyaUkraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
Olaylar bildirir ki, Teleqram kanalları şahidlərə istinadən Kiyevdə partlayışlar barədə məlumat veriblər.
Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışları təsdiqləyib və sakinlərdən sığınacaqdan çıxmamağı xahiş edib.
TASS agentliyi Kiyevin Julyanı hava limanı rayonunda güclü partlayışın baş verdiyini yazıb.
Ukraynanın "Strana" nəşri isə Odessanın bir hissəsində elektrik enerjisi kəsildiyi barədə məlumat yayıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31