Kanalizasiyadan tapılan Yunan tanrısı heykəli- ÖZƏL
8 İyul 2024 12:38 DünyaOlaylar.az xəbər verir ki, Bolqarıstanın cənub-qərbində qədim Heraklea Sintica şəhəri ətrafında qazıntı aparan arxeoloqlar mərmər heykəl tapıblar. Əsas fikir odur ki, kanalizasiyadan tapılan heykəl Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir edir.
Heraclea Sintica antik şəhərində çalışan arxeoloqlar Qədim Roma dövrünə aid bir yunan tanrısının heykəlini tapıblar. Eramızdan əvvəl 356-339-cu illər arasında Filipp tərəfindən qurulan Heraclea Sinticachr("39")nın eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində dağıldığını təyin edən elm adamları, təbii fəlakətdən sonra sürətlə dağılan qədim şəhərin eramızın 500-cü illərində tamamilə tərk edildiyini bildirirlər.
Heraclea Sinticada qazıntı aparan qruplar, qədim yunan tanrılarından Hermesin təsvir olunduğu düşünülən heykələ rast gəliblər. Təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra kanalizasiyaya qoyulduğu və torpaqla örtüldüyü üçün çox yaxşı qorunduğu düşünülür. Arxeoloq Lyudmil Vaqalinski :"Onun başı qorunub saxlanılıb, çox yaxşı vəziyyətdədir. Əllərində bir neçə sınıq var".