Simonyan müavinini Nyu Yorka foruma göndərir
8 İyul 2024 11:50 Dünya2024-cü il Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda iştirak etmək üçün Nyu Yorka səfər edəcək Ermənistan nümayəndə heyətinin tərkibində parlament sədri Alen Simonyanın müavini Akop Arşakyan da olacaq.
Olaylar xəbər verir ki. bu barədə Alen Simonyan əmr imzalayıb.
Qeyd edək ki, 14-17 iyul tarixlərində keçiriləcək forumda Ermənistanı Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31