Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən deputat saxlanıldı

Qırğızıstanda kütləvi iğtişaşların təşkilinə və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən "Ata-Yurt Qırğızıstan" fraksiyasından olan deputat saxlanılıb.

Olaylar xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, N.J.K. sosial şəbəkələrdə qanunsuz fəaliyyətlərə çağırıb: "O, vaxtaşırı təxribat xarakterli materiallar, o cümlədən kütləvi iğtişaşların təşkili və hökumətin devrilməsi ilə bağlı çağırışlar dərc edib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin "Kütləvi iğtişaşlar" maddəsi ilə iş başlanıb. Faktla bağlı araşdırma aparılır".

KİV yazır ki, bu şəxs deputat Janarbek Nadırbekovdur. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31