ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək

ABŞ və Ermənistan 15-24 iyul tarixlərində "Eagle Partner 2024" birgə hərbi təlimləri keçirəcək.

Olaylar xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.

Qeyd olunub ki, ABŞ-dan hərbi təlimçilər aprelin 1-də Ermənistana gəlib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31