Hizbullah və Həmas nümayəndələri görüşüb
5 İyul 2024 16:58 DünyaHizbullah hərəkatının baş katibi Həsən Nəsrullah bu gün HƏMAS rəsmisi Ziyad ən-Nəxalanı qəbul edib.
Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Qəzza zolağındakı vəziyyət, Qəzza zolağında təhlükəsizlik məsələləri və siyasi hadisələr müzakirə olunub.
Bundan başqa, görüş iştirakçıları HƏMAS və İsrail arasında atəşkəs barədə danışıqların gedişatını müzakirə ediblər. Hər iki tərəf nəzərdə tutulan məqsədlərə çatmaq üçün bnütün səviyyələrdə koordinasiyanı davam etdirməyə hazır olduqlarını bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31