Kimsə ona "niyə xoruzlanırsan" deyirmi? - Ərdoğan

Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, "niyə xoruzlanırsan" deyirmi?

Olaylar xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Dəmiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. UEFA bununla bağlı Almaniyanın şikayəti üzrə araşdırmaya başlamışdı.

Bu gün UEFA Dəmiralı iki oyunluq cəzalandırdığını elan edib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31