İtaliyada Etna hərəkətliliyi: Kül yağış kimi axdı, həyəcan təbili çalındı!- ÖZƏL

Olaylar.az xəbər vetir ki, İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın güclü lava və kül püskürtdüyü bildirilir.

İtaliya mətbuatında yer alan xəbərə görə, Siciliya adasında yerləşən və təxminən 3 min 300 metr yüksəklikdəki Etna vulkanında son bir neçə gündə görülən vulkanik fəaliyyətdə artım müşahidə olunub.
Xüsusilə vulkanın "Voragin" adlanan kraterində aktivlik müşahidə olunub. Bu kraterdən lava və kül güclü püskürməyə başladı. "Vorajin" kraterindən "Yeni" krater adlanan digər kraterə də lava axını olub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniyadakı regional ofisinin hesablamalarına görə, Etnanın yaydığı kül təxminən 4,5 kilometr hündürlüyə çataraq cənub-şərqə doğru hərəkət edib.
INGV-nin kül buludları səbəbindən bölgədən keçən təyyarələr üçün "qırmızı" xəbərdarlıq mesajı paylaşdığı bildirilib.
Baş nazirliyə bağlı Mülki Müdafiə Departamenti də Etna dağında vulkanik aktivliyə görə "sarı" kodlu xəbərdarlıq edib.

Etnada kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlərin Kataniya və ətraf şəhərlərdən göründüyü, külün Kataniyaya yağdığı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31