Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

Qırğızıstanın xüsusi xidmət orqanlarının əməkdaşları respublikada hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

Olaylar xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb. 

Bildirilir ki, sözügedən qruplaşma dövlət çevrilişinə cəhdlə yanaşı, kütləvi iğtişaşlar yolu ilə ölkədə vəziyyəti gərginləşdirməyi hədəfləyib. 

Dəstə üzvlərinin evi və və avtomobillərində aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün komponentlər, odlu silah, sursat, pilotsuz uçuş aparatları aşkar edilib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31