Pakistanda tətil: yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Pakistanda hökumətin benzinin qiymətini artırmaq qərarından sonra qəbul edilən ümummilli tətil qərarından əvvəl yüzlərlə insan Kəraçidəki yanacaqdoldurma məntəqələrinə axın edib.

Pakistanda neftin qiymətinin artması ilə əlaqədar ümummilli tətilə qərar verilib. Ölkə daxilində 13 min yanacaqdoldurma stansiyasının qatılacağı tətildən əvvəl insanlar yanacaqdoldurma məntəqələrinə axın etdi. Tətildən əvvəl avtomobillərinin çənlərini doldurmaq istəyən sürücülər yanacaqdoldurma məntəqəsində uzun növbələr yaradıblar. Hərəkətin pozulmasına səbəb olan insanlar əllərində maye və butulkalarla uzun müddət növbə gözləyirdilər.
Pakistan Neft Satıcıları Assosiasiyasının (PPDA) prezidenti Əbdül Sami Xan məsələ ilə bağlı verdiyi açıqlamada yanacaq nasoslarının bu gün bağlanacağını və tətilin planlaşdırılandan daha uzun sürə biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31