Keçmiş prezident Pezeşkiana səs verdi
5 İyul 2024 12:17 Dünyaİranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib.
Olaylar bildirir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb.
Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31