Stoltenberq Ukraynanın on il ərzində NATO-ya üzv olacağına ümid edir- ÖZƏL

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa qoşulmasını arzulayır. 

Olaylar.az xəbər verir ki, o, bunun yaxın onillikdə olacağına inanır. 

"Mən həqiqətən ümid edirəm ki, Ukrayna müttəfiq olacaq", - Stoltenberq bildirib. O qeyd edib ki, hərbi yardımı artırmaq lazımdır, çünki bunun sayəsində hərbi xüsusi əməliyyatın daha tez başa çatacağına əmindir, nəşr yazır.

Daha əvvəl bildirilmişdi ki, NATO-nun baş katibi müttəfiqləri Ukraynaya uzunmüddətli dəstək verməyə razı sala bilməyib. Bundan əvvəl o, Pekinin guya İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31