Zelenski baş naziri işdən çıxaracaq
4 İyul 2024 11:19 DünyaUkrayna prezidenti Vladimir Zelenski baş nazir Denis Şmıqalı işdən çıxarmağı planlaşdırır.
Olaylar xəbər verir ki, bu barədə prezidentin yaxın ətrafında jurnalistlərə bildiriblər.
"Prezident Şmıqaldan bezdi, bunu onun görüşlərdəki münasibətindən də görmək olar. O, artıq baş nazirə həqiqətən də qulaq asmır. Zelenski daim bəzi yaradıcı həllər və təkliflər istəyir, amma Şmıqal son illərdə vəzifədə böyüsə də, tamamilə dəyişə bilmir", - mənbə deyib. (yenisabah)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31