Poroşenkonun “Roşen”i əlindən alındı
4 İyul 2024 10:21 DünyaMəhkəmənin qərarının icrası çərçivəsində Rusiya Federasiyasının Dövlət Agentliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsus "Roşen" qənnadı fabrikinin səhmlərini dövlətə keçirib.
Olaylar.az xəbər verir ki, bunu Agentliyin departament direktoru Dmitri Aristov deyib.
"Lipetsk qənnadı fabrikinin "Roşen" ASC-nin səhmləri Rusiya Federasiyasının gəlir sektoruna verilib", - Aristov bildirib.
Onun sözlərinə görə, "Ural" avtotekstil fabriki, "Sürtünməyə və istiliyə davamlı materiallar zavodu" QSC-nin payları ilə bağlı da analoji addımlar atılıb.
O da qeyd edilib ki, bu şirkətlər bir neçə ildir Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirir. (publika)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31