Rusiyada güclü partlayış oldu

Rusiyanın Sverdlovsk vilayətində kimyəvi maddələr olan anbar yanır.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, alov kimyəvi maddələr, reagentlər və gübrələr istehsal edən "Petronit" şirkətinin anbarını bürüyüb. Yanğın zamanı bir neçə partlayış səsi eşidilib.

Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31