Üç gündə beş uşaq öldü: Hindistan müəmmalı bir xəstəliyə büründü- ÖZƏL

Son üç gündə Hindistan uşaq evində əqli qüsurlu beş uşaq dünyasını dəyişib, daha 30 azyaşlı isə xəstəxanada ağır vəziyyətdədir. 

Olaylar.az xəbər verir ki, bu barədə "Times of India" yazır.

Hamısında qida zəhərlənməsi əlamətləri var idi. Uşaqlar süstləşdilər, hətta huşunu itirdilər. Qeyd olunur ki, iki uşaq çərşənbə axşamı, iyulun 2-də yüksək vəzifəli dövlət məmurlarının səfəri zamanı dünyasını dəyişib. Onlar uşaqları müayinə edib, xəstə olanları müəyyənləşdirib xəstəxanaya yerləşdirməyə çalışıblar.

Hadisədən sonra rayon hakimi Om Narayan Badkulun uşaq evinin rəhbəri Anita Şarma ilə güldüyünü, ölən oğlanlardan birinin cəsədinin yaxınlıqdakı otaqda yatdığını göstərən video yayılıb. Hakim tutduğu vəzifədən uzaqlaşdırılıb.

Baş Prokuror yüksək səviyyədə istintaq aparılmasına göstəriş verib. O, əlavə edib ki, insident geniş narahatlıq doğurub və sığınacaqda qida təhlükəsizliyinin hərtərəfli araşdırılmasını tələb edir.

Bundan əvvəl Hindistanda beş yaşlı qız beyin yeyən amöba səbəbiylə ölüb. Mütəxəssislərin fikrincə, Naegleria fowleri beyinə təsir edən birincili amöb meningoensefalitidir (PAM). İsti şirin suda yaşayır və burun vasitəsilə bədənə daxil olur. Üstəlik, dünyanın istənilən yerində onunla qarşılaşa bilərsiniz. Ancaq ən böyük ehtimal xlorla müalicə olunmayan yerlərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31