Peskov: Vladimir Putin və Tramp Ukraynada sülhün əldə olunmasını müzakirə etmirlər- ÖZƏL

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş lideri Donald Tramp Ukraynada sülhə nail olmaq üçün dialoq aparmırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Belə ki, Kreml təmsilçisi Qərb mətbuatında Trampın Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoqa sponsorluq etdiyi iddiası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Xeyr, bu doğru deyil",-deyə Peskov jurnalistlərlə keçirdiyi brifinqdə qısa cavab verib.

İyunun ortalarında Vladimir Putin Ukrayna münaqişəsi üzrə danışıqların başlanması üçün şərtləri açıqlayıb. Onun sözlərinə görə, Ukrayna qoşunları Rusiyanın yeni vilayətlərinin bütün ərazisindən çıxarılmalıdır.

Tramp Putinin Ukraynada sülh üçün şərtlərini qəbuledilməz adlandırıb. O, həmçinin bir daha bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə 2025-ci ilin yanvarında rəsmi olaraq prezident vəzifəsinə başlamazdan əvvəl Ukraynadakı vəziyyətin həllini təmin edəcək.

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xatırladıb ki, Rusiyanın Ukrayna probleminin həlli ilə bağlı sülh təklifi təcilidir. Prezident Vladimir Putinin sülh təşəbbüsü əsasında danışıqlar baş tutmasa, danışıqlar Kiyev üçün daha pis şərtlər altında davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31