Peskov: Hərbçilər daim Vladimir Putini Novorossiyskdəki vəziyyətlə bağlı məlumatlandırırlar- ÖZƏL

Rusiya Müdafiə Nazirliyi Novorossiyskdəki vəziyyətlə bağlı daim Rusiya prezidenti Vladimir Putinə hesabat verir. 

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl şəhər administrasiyasının rəhbəri Andrey Kravçenko bildirib ki, Novorossiyskdə pilotsuz qayıqların hücumu təhlükəsi elan edilib və sakinlər evlərini tərk etməməyə və pəncərələrə yaxınlaşmamağa çağırılıb. 

Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, iyulun 3-nə keçən gecə Qara dənizdə iki pilotsuz kater növbətçi atəş silahları ilə məhv edilib. Onlar Novorossiysk istiqamətində gedirdilər.

Səhər saat üçdən sonra İsayeva küçəsindən Aleksinoya qədər olan bənd zonasında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yalnız saat 4:20-də Novorossiyskdə pilotsuz qayıqların hücum təhlükəsi ləğv edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31