7 oktyabr hücumuna görə İran məhkəməyə verildi
2 İyul 2024 14:20 Dünya7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunda həlak olan israillilərin ailə üzvləri və hadisədən zərər çəkmiş 100 nəfər İran, Şimali Koreya və Suriyanı məhkəməyə verib.
Olaylar xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Onlar ABŞ məhkəməsinə şikayət edərək, İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyini deyib, həmin ölkələrə qarşı 4 milyard dollarlıq təzminat davası açıblar.
Şikayət iyulun 1-də Diffamasiyaya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb. Öldürülünlərin əksəriyyəti mülki şəxsdir. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31