Rusiyada qasırğa: 2 ölü, 6 yaralı
2 İyul 2024 14:08 DünyaRusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, fırtına o qədər güclü olub ki, Sankt-Peterburqda yüzlərlə ağac qırılıb, qüllə kranı qopub, hasarlar uçub.
Ölənlərdən birinin qadın, digərinin isə 11 yaşlı oğlan olduğu bildirilib.
Hadisə nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31