Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar
2 İyul 2024 11:40 DünyaTürkiyənin səhiyyə naziri Fahrettin Koca və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki vəzifələrindən istefa veriblər.
Olaylar xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Fahrettin Kocanın yerinə İstanbul vilayəti üzrə səhiyyə müdiri professor Kamal Memişoğlu, səhhəti ilə bağlı problemlərə görə vəzifədən azad olunmasını istəyən və tələbi qəbul edilən Mehmet Özhasekinin yerinə isə Murat Kurum təyin ediliblər.
Təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc edilib. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31