Hizbullaha dəstək üçün əlimizdən gələni edəcəyik - İran

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran Hizbullahı dəstəkləmək üçün əlindən gələni edəcək.

BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətlə bağlı iclaslar keçirəcək

Olaylar bildirir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi "Faynənşl Tayms"a müsahibsində deyib.

"Belə bir vəziyyətdə bizim Hizbullahı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz olmazdı. Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxu İsrailə qarşı Livanı dəstəkləyəcək", - Xərazi bildirib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31