Ukrayna böhranının qarşısını almaq olardı- ÖZƏL
1 İyul 2024 22:01 Dünya"Ukraynadakı böhranlı vəziyyətdən müəyyən qədər qaçmaq olardı".
Olaylar.az xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü Naycel Faraj deyib.
"Bildiyim tək şey budur ki, bu faciədir və əslində müəyyən dərəcədə onun qarşısını almaq olar".
Faraj həmçinin bildirib ki, Kiyev hakimiyyəti Rusiyanın xüsusi hərbi əməliyyat zonasında üstünlüyü və Ukrayna Silahlı Qüvvələrinin ağır itkiləri səbəbindən gec-tez Moskva ilə danışıqlar aparmağa məcbur olacaq.
Britaniyalı siyasətçi həmçinin Ukrayna münaqişəsinə görə məsuliyyətin təşkilatlarını daim şərqə doğru genişləndirən NATO və Avropa İttifaqının üzərinə düşdüyü qənaətində olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31