ABŞ Avropadakı hərbi bazalarını döyüş vəziyyətinə gətirib - KİV
1 İyul 2024 15:31 DünyaABŞ Avropadakı hərbi bazalarını, o cümlədən Almaniyadakı komanda qərargahını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və terror aktı təhdidləri səbəbindən müdafiə səviyyəsini artırıb.
Olaylar xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, bu cür hazırlıq ən azı on il ərzində görülməyib və bu o deməkdir ki, hərbçilər aktiv və həqiqi təhdid alıblar.
Bu cür qərara məhz nəyin səbəb olduğu açıqlanmayıb, lakin Avropa hakimiyyəti Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində və Almaniyada keçirilən futbol üzrə Avropa Çempionat zamanı potensial terror təhlükəsi barədə xəbərdarlıq edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31