Belqorodda xarici təsirlərə görə elektrik enerjisi kəsilib- ÖZƏL
1 İyul 2024 12:15 DünyaBelqorod vilayətinin paytaxtında və bölgənin bir hissəsində xarici texnoloji təsirə görə elektrik enerjisi kəsilməyə başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Belgorodenergo" məlumat yayıb.
"Energetika qurğusuna kənar təsir nəticəsində yaranan texnoloji nasazlıq səbəbindən Belqorod vilayətinin bir sıra rayonlarında, eləcə də Belqorodda istehlakçılara elektrik enerjisinin verilməsində müvəqqəti fasilələr müşahidə olunur", - şirkətdən bildirilib.
İndi Belqorodda işıqforların bəziləri sönür, yol polisləri yollarda işləyir. İnternetdə də fasilələr var.
Bundan əvvəl Ali Radanın deputatı Yevgeni Şevçenko xəbərdarlıq etmişdi ki, elektrik enerjisi ilə bağlı problemlər fonunda Ukrayna hakimiyyətinin vətəndaşlara bahalı enerji avadanlığı almaq çağırışları ukraynalıları yeni Maydana apara bilər.
Ötən gün Ukraynanın Energetika Nazirliyi məlumat verib ki, Ukraynanın səkkiz vilayətinin sakinləri işıqsız qalıb. Dnepropetrovsk, Sumı, Xarkov və Çerniqov vilayətlərində ukraynalılar işıqsız oturublar. Üstəlik, ən kritik vəziyyət ilk ikisində idi.