Rusiya BMT Təhlükəsizlik Şurasının sədri oldu
1 İyul 2024 11:22 DünyaBMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Rusiyaya keçib.
Olaylar xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Rusiyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının ilk iclası Nyu York vaxtı ilə bazar ertəsi səhər keçiriləcək. İclasda Təhlükəsizlik Şurasının qarşıdakı ay üçün iş proqramı təsdiq ediləcək.
Qeyd edək ki, sonuncu dəfə Rusiya Federasiyası dünya təşkilatının əsas strukturunun işini 2023-cü ilin aprelində idarə edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31