Fransada seçkilər: Le Penin partiyası qalib gəldi
1 İyul 2024 10:06 DünyaMarin Le Penin lideri olduğu Milli Birlik Partiyası və müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin ilk tutrunda 33.4 faiz səslə qalib gəlib.
Olaylar xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.Məlumata görə, solçu Yeni Xalq Cəbhəsi 27.98 faiz səslə ikinci yerdə qərarlaşıb.
Fransa Prezidenti Emmanuel Makronun koalisiyası isə 20.76 faiz səslə üçüncü olub.
Qeyd edək ki, seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31