Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

Ötən ilin 7 oktyabrından bəri Qəzza zolağında 37,8 mindən çox fələstinli ölüb.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların sayı 86 858 nəfər olub.

Məlumata görə, son 24 saat ərzində İsrail hərbçilərinin fəaliyyəti nəticəsində 40 fələstinli ölüb, daha 224 nəfər isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31