Putin sülh danışıqlarının şərtləri haqqında danışdı

Sülh yolu ilə həll üçün əsas razılaşmalar beynəlxalq müqavilələrdə təsbit edilməlidir. 

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin: Rusiyaya müvəqqəti dayanma yox, Ukraynadakı münaqişənin tam həlli lazımdır- ÖZƏL

Diplomatik departamentin rəhbərliyi ilə görüşdə o, vurğulayıb ki, sənədlərdə Ukraynada rusdilli vətəndaşların hüquq, azadlıq və mənafeləri açıqlanmalıdır. Yeni ərazi reallıqları, Krım, Sevastopol, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının subyektləri statusu da tanınmalıdır.

"Təbii ki, bu, həm də Rusiyaya qarşı Qərbin bütün sanksiyalarının ləğvini nəzərdə tutur", - prezident deyib. Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiyanın iştirakı olmadan və onunla vicdanlı dialoq olmadan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31