Ermənistan hökuməti məmurların Belarusa səfərlərini qadağan edib
14 İyun 2024 14:49 DünyaErmənistanda məmurların Belarusa səfərləri qadağan edilib.
Olaylar xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
Məlumata görə, Ermənistan baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan vəzifəli şəxslərə Belarusa rəsmi səfər etməməyi tapşırıb.
Xatırladaq ki, iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o Belarusa rəhbərlik etdiyi müddətcə Belarusa səfər etməyəcək.
Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyi Belarusdak səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31